Luka Yoviç 60 milyon avroya "Real"da

Son mövsümdə qeyri-sabit çıxışı ilə diqqət çəkən "Real" (Madrid) Luka Yoviçi heyətinə qatıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Ayntraxt"da (Frankfurt) əla mövsüm keçirən xorvatiyalı futbolçu 60 milyon avroya Madrid klubuna keçib.

Məlumata görə Luka Yoviç "Real"la 5 illik müqavilə imzalayacaq. Qeyd edək ki, son mövsümdə "Ayntraxt"ın heyətində 47 oyuna çıxan futbolçu 27 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.