Luka Yoviç "Real"la müqavilə imzaladı

“Ayntraxt”ın hücumçusu Luka Yoviçin “Real”a keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bundesliqada ötən mövsümün bombardirlərindən olan serbiyalı forvardla 5 illik müqavilə imzalanıb. Qeyri-rəsmi xəbərə görə,  “Real”ın Yoviçə görə “Ayntraxt”a 60-70 milyon avro aralığında təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Yoviç “Ayntraxt”a “Benfika”dan keçmişdi. O, başa çatan mövsümdə 17 qol vuraraq komandasının bombardiri olub.