"Luqano"-"Fənərbağça" oyununda azarkeşlər üçün qərar qəbul edilib

"Fənərbağça" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrənin "Luqano" komandası ilə qarşılaşacaq.

Sportline.az Ntvspor.net-ə xəbər verir ki, "Luqano" klubu İsveçrədəki oyunda qonaq komandanın azarkeşlərinə bilet satmayacağını açıqlayıb.

Buna səbəb Türkiyə klubunun ötən mövsüm UEFA tərəfindən cəzalandırılmasıdır.

Komanda yerli azarkeşlər üçün isə biletlərin artıq satışa çıxarıldığını bildirib.

Qeyd edək ki, cütün ilk oyunu iyulun 23-də İsveçrədə, revanş görüşü isə iyulun 30-da Türkiyədə olacaq.