Madrid "Real"ının futbolçusu üç həftəlik sıradan çıxıb

Kolumbiya millisi və Madrid "Real"ının yarımmüdafiəçisi Xames Rodrigesin zədəsi elə də ciddi deyilmiş.

Sportline.az xəbər verir ki, diz bağlarından zədələnən futbolçunun təxminən 3 həftə meydandan kənarda qalacağı bildirilir.

Bu, zədəyə meylli futbolçulardan sayılan kolumbiyalının cari mövsümdə üzləşdiyi ilk hal deyil. 

Qeyd edək ki, Xames mövsüm ərzində keçirdiyi 9 oyunda rəqib qapılarına 1 qol vurub.