Mahmud Trezeqe 9 oyunda komandasına kömək edə bilməyəcək

"Trabzonspor" kulubunun misirli futbolçusu Mahmud Trezeqe Afrika Kubokunda milli komandada çıxış edəcəyi üçün Super Liqa matçlarını buraxmalı olacaq. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 29 yaşlı sol cinah hücumçusu  yanvar ayının 13-də seçmə komandanın düşərgəsinə qatılacaq və fevral ayının 11-nədək "Trabzonspor"un liqa oyunlarında komandaya kömək edə bilməyəcək.

Misir millisi bu tarixlərdə uğurlu çıxış edərək növbəti mərhələyə yüksələrsə Trezeqenin "Trabzonspor"a ayıytma müddəti də uzaya bilər. 

Qeyd edək ki, Mahmud Treze "Ankaragücü","Samsunspor","Antalyaspor", "Mansiaspor","Qalatasaray" və "Çaykur Rizespor" görüşlərini buraxmalı olacaq.