Makqreqor yenidən onunla görüşmək istəyir

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor Dastin Poryeylə 4-cü dəfə qarşılaşmaq istəyir.

Sportline.az xəbər verir ki, irlandiyalı idmançı bu haqda sisoal şəbəkə hesabında paylaşım edib.

Makqreqorun oktaqona dönüşünün 2024-cü ilə təsadüf edəcəyi bildirilir.

Xatırladaq ki, rəqiblərin bundan əvvəlki görüşlərindən birində Konor, digər ikisində Porye qalib gəlib.

2021-ci ildə keçirilən son döyüşdə Makqreqor ayağını sındırmışdı.