"Mançester Siti" ingiltərəli futbolçu ilə bağlı qərar verib
"Mançester Siti" ingiltərəli futbolçusu Cek Qrilişlə bağlı qərar verib.
Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "Mançester Siti"nin rəhbərliyi Qrilişi satmayacaqlarını açıqlayıb.
29 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qriliş cari mövsüm çıxış etdiyi 31 matçda 3 qol 5 asistlə yadda qalıb.