"Mançester Siti" "Nottingem Forest"ə elçi düşüb
"Nottingem Forest"in ingiltərəli futbolçusu Morqan Gibbs-Vayt "Mançester Siti"nin transfer hədəfindədir.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Mançester klubu yay transfer pənəcərisi dövründə Morqan üçün "Nottingem"ə rəsmi təklif göndərəcək.
25 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avrodur.
Qeyd edək ki, Morqan Gibbs-Vayt bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 5 qol 9 asistlə yadda qalıb.