"Tottenhem"i "Mançester Siti"yə dəyişə bilər
"Tottenhem"in italiyalı futbolçusu Destini Udogi karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" mövsümün sonunda Udogi üçün London klubuna rəsmi təklif göndərəcək.
22 yaşlı müdafiəçinin transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Udogi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 1 asistlə yadda qalıb.
Onun "Tottenhem"lə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.