"Mançester Siti"də ayrılıq yaşana bilər

Ederson yayda "Mançester Siti"ni tərk edəcək.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, braziliyalı qapıçının ilk hədəfi Səudiyyə Ərəbistanıdır.

31 yaşlı qapıçının 2026-cı ilə qədər müqaviləsi var. Edersonu Səudiyyə Ərəbistanı Pro Liqasından külli miqdarda təklif cəlb edib.

Edersonun agenti artıq Sitidən uzaqlaşmaq üçün danışıqlara başlayıb. "Mançester Siti" isə "Porto"nun qapıçısı Dioqo Kosta ilə Edersonun yerini doldurmaq istəyir.