“Mançester Siti”nin Virts planı
“Mançester Siti” “Bayer”in almaniyalı ulduz futbolçusu Florian Virtsi transfer etmək niyyətindədir.
Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, İngiltərə klubu Virtsi transfer etmək üçün “Bayer”lə danışıqlara başlayıb.
21 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 140 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Virtsin “Bayer”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
O bu mövsüm çıxış etdiyi 39 matçda 15 qol və 13 asistlə yadda qalıb.