"Mançester Yunayted" almaniyalı stoperi heyətinə qatacaq
"Mançester Yunayted" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Bayer"in almaniyalı stoperi Conatan Ta "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
29 yaşlı futbolçu İngiltərə klubuna azad agent kimi transfer olmağa yaxındır.
Qeyd edək ki, Conatan Ta 2015-ci ildən "Bayer"in şərəfini qoruyur.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 46 matçda 3 qol 1 asistlə yadda qalıb.