"Mançester Yunayted" bu futbolçuya görə 50 milyon avro tələb edir
"Mançester Yunayted" argentinalı futbolçusu Alexandro Qarnaçonu satmaq qərarına gəlib.
Sportline.az jurnalist Kristiano Abbruzzesenin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Qarnaço üçün 50 milyon avro tələb edir.
20 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Napoli" Qarnaço ilə yaxından maraqlanır. O cari mövsüm çıxış etdiyi 52 matçda 10 qol 9 asistlə yadda qalıb.