"Mançester Yunayted" "Qalatasaray"ın ulduz futbolçusunu transfer etmək istəyir
"Mançester Yunayted" kulubu "Qalatasaray"ın argentinalı ulduz futbolçusu Mauro İkardini icarə əsasında heyətinə qatmaqda maraqlıdır.
Sportline.az aspor.com-a istinadla xəbər verir ki, "qırmız şeytanlar" Mauro İkardinin Çempionlar liqasında göstərdiyi performansı bəyəndikləri üçün 6 aylqı icarə əsasında transfer etmək istəyirlər.
"Qalatasaray" rəsmilərinin hazrda futbolçunun keçidi ilə bağlı İngiltərə kulubu ilə görüşdüyü bildirilib. Mauro İkardi də "Mançester Yunayted"də oynamaq istədiyini deyib.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 25 oyunda 17 qol, 6 asistlə yadda qalıb.