"Mançester Yunayted" və "Çelsi" transfer yarışına girib

"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" Liam Delapın xidmətində maraqlıdır.

22 yaşlı hücumçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 35 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Liam Delap bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 12 qol və 2 asistlə yadda qalıb.

Onun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.