"Mançester Yunayted"də ayrılıq gözlənilir

"Mançester Yunayted" danimarkalı futbolçusu Rasmus Höylunddu satmaq qərarına gəlib.

Sportline.az "Tutto Sport" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Höylunddu 60 milyon avro qarşılığında satmağa hazırdır.

22 yaşlı hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Höylund bu mövsüm çıxış etdiyi 43 matçda 8 qol və 4 asistlə yadda qalıb.