“Mançester Yunayted”də ciddi itki
"Mançester Yunayted" zədə problemi ilə qarşılaşıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın hücumçusu Coşua Zirkze bir müddət meydana çıxa bilməyəcək.
23 yaşlı forvardın bud nahiyəsindəki əzələlərindən aldığı zədə səbəbilə bir neçə həftə futbol oynaya bilməyəcəyi dəqiqdir. Bu zədə səbəbilə onun mövsümü vaxtından əvvəl bitirməsi də mümkündür.
Qeyd: Hollandiyalı futbolçu cari mövsümdə "Mançester Yunayted" forması ilə 48 qarşılaşmada iştirak edib, 7 dəfə fərqlənib və 3 məhsuldar ötürmə verib.