"Mançester Yunayted"dən transfer bombası

"Mançester Yunayted" yay transfer pəncərəsi dövründə heyətinə ulduz futbolçu transfer etmək istəyir.

Sportline.az jurnalist Migel Delaneyin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" "Çelsi"nin ingiltərəli futbolçusu Kol Palmeri heyətinə qatmağı planlaşdırır.

22 yaşlı futbolçunun transfer qiyməti 130 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, "Mançester Yunayted"in rəhbərliyi Palmerin meneceri ilə təmas halındadır.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 14 qol 10 asistlə yadda qalıb.

Xatırladaq ki, Kol Palmer uşaqlıq illərindən "Mançester Yunayted" azarkeşi olub.