“Mançester Yunayted”in gözü “Bayer”in futbolçusuna düşüb

"Mançester Yunayted" "Bayer"in hücumçusu Patrik Şik ətrafında baş verənləri diqqətlə izləyir.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, çexiyalı mərkəz hücumçusu mövqeyi üçün "qırmızı şeytanlar"ın potensial hədəfləri siyahısındadır.

“Mançester Yunayted” son iki ildə gənc hücumçular üçün iki bahalı gediş (Rasmus Qoylund və Coşua Zirkze) etsə də, 29 yaşlı Şik heyəti gücləndirmək üçün maraqlı variant kimi görünür.

Qeyd edək ki, Şik bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 23 qol və 1 asistlə yadda qalıb.

Onun "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Patrik Şikin hazır ki dəyəri "Transfermarkt" portalına görə 27 milyon avro olaraq qiymətləndirilir.