"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Onananı tənqid edib
"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol İns komandanın qapıçısı Onana ilə bağlı danışıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, o açıqlamasında :"Onana "İnter"də oynayarkən yaxşı görünürdü. Çünkü orda heç bir təzyiq yox idi və qapıçının üzərinə çox iş düşmürdü. "Mançester Yunayted"isə İngiltərə Prmyer liqasında çıxış edir və burada təzyiq yüksək olur. Onana isə bunun öhdəsindən gələ bilmir", - deyib.
Qeyd edək ki, Andre Onana "Mançester Yunayted"ə "İnter"dən 48 milyon funt sterlinqə transfer olunmuşdu.