"Mançester Yunayted" portuqaliyalı gənc futbolçunu transfer etmək istəyir

"Mançester Yunayted" 19 yaşlı portuqaliyalı yarımmüdafiəçinin transferində maraqlıdır. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Benifka"nın 19 yaşlı futbolçusu Joau Nevesi heyətinə qatmaq istəyir. "Qırmızı şeytanlar"gənc yarımmüdafiəçi üçün Portuqaliya klubuna rəsmi təklif göndərməyə hazırlaşır. 

"Benfika" rəsmiləri Joau Neves üçün 50 milyon avro tələb ediblər. 

Qeyd edək ki, Joau Neves bu mövsüm çıxdığı 28 oyunda 1 qol, 2 asistlə yadda qalıb.