Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb

Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb.

Sportline.az xəbər verir ki, 36 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialda qrup mərhələsinin II turunda İspaniya ilə matçda meydana çıxmaqla nail olub.

Bu, oyunçunun mötəbər turnirlərdə 18-ci qarşılaşmasıdır. Noyer bu göstəriciyə görə həmyerlisi Zepp Mayer və braziliyalı Klaudio Taffarelə çatıb.

O, III turda Kosta Rika ilə qarşılaşmada iştirak etsə, çempionatlar tarixində ən çox oyun keçirən qapıçı adına sahib çıxacaq.

Qeyd edək ki, İspaniya - Almaniya görüşü 1:1 hesabı ilə başa çatıb.