Manuel Noyer milli komandadakı karyerasını bitirib

"Bavariya"nın təcrübəli qapıçısı Manuel Noyer milli komanda karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, 38 yaşlı qapıçı sosial media hesabından etdiyi paylaşımda "Təşəkkürlər Almaniya. Milli komandanın formasını geyindiyim üçün çox məmnunam" ifadələrini işlədib.

Noyer milli komanda forması ilə 124 oyuna çıxıb.

Qeyd edək ki, o, 2014-ci ildə Almaniya millisinin heyətində Dünya çempionu olub.