Manuel Noyer "Verder"lə oyun öncəsi məşqdə zədələnib

"Bavariya"nın 38 yaşlı qapıçısı Manuel Noyer hazırda "Verderl"ə keçirilən matçın oyun qabağı məşq prosesində zədələnib.

Sportline.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində (keçmiş Twitter) "Bayern & Germany" məlumat yayıb.

Mənbənin sözlərinə görə Noyerin əzələsi dartılıb.Təcrübəli qapıçının yerinə Sven Ulrayx əsas heyətə daxil edilib.

Noyer bu mövsüm meydana çıxdığı 5 oyunun 3-də qapısını toxunulmaz saxlayıb. Onun Münxen təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsi var.

Qeyd edək ki, "Verder"-"Bavariya" görüşündə 40-cı dəqiqə oynanılır Hesab qonaqların xeyrinədir.(0-2).