Mario Qötze "Sevilya"ya keçə bilər

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mario Qötze “Sevilya” ilə danışıqlar aparır.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, tərəflər müqavilə bağlama yaxındırlar. "Borussiya"dan (Dortmund) ayrılan 28 yaşlı futbolçunun azad agent olması danışıqların müsbət yekunlaşacağına inamı daha da artırır.

Qeyd edək ki, 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olan Qötze 2009-2013 və 2016-cı ildən bu ilin yayına qədər “Borussiya”da oynayıb.