Marko Roys "Siqnal İduna Park"da 100-cü qolunu vurub
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys Bundesliqanın 34-cü turunda "Darmştad"la qarşılaşmada "sarı-qaralar" üçün ev oyunlarında 100-cü qolunu vurub.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Borussiya" son turda "Darmştad" üzərinədə böyük hesablı qələbə qazanıb.(4-0)
Meydan sahiblərinin 2-ci qolunu vuran Marko Roys adını klub tarixinə yazdırıb. Almaniyalı futbolçu həmçinin "Borussiya"da qol və asist sayını 300-ə çatdırıb.
Qeyd edək ki, Marko Roys daha əvvəl mövsümün sonunda komandanı tərk edəcəyini bildirmişdi.