Marselo və Kroosdan bəd xəbər

“Real”ın futbolçusu Toni Kroos zədələnib.

Sportline.az İspaniya mətbuatına istinadən  xəbər verir ki, “kral klubunun” La Liqanın 8-ci turunda  evdə “Qranada”ya 4:2 hesabı ilə qalib gəldiyi oyunun 34-cü dəqiqəsində zədələnən 29 yaşlı yarımmüdafiəçi  qarşılaşmanı davam etdirə bilməyib və Luka Modriçlə əvəzlənib. Alman futbolçunun qarın nahiyəsindən zədələndiyi və nə qədər müddətə sıradan çıxdığının yaxın günlərdə məlum olacağı bildirilir.
 
Bu oyun ərəfəsində isə Madrid təmsilçisinin digər futbolçusu Marselo sıradan çıxmışdı. Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı müdafiəçi bir müddət məcburi istirahət etməli olacaq. Marselonun bərpa müddəti açıqlanmasa da, İspaniya mətbuatının xəbərinə görə, o, ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, “Real”ın heyətində Ferlan Mendi, Naço, Tibo Kurtua və Marko Asensio da zədədən əziyyət çəkir.