Mateuş Fernandeş "Vest Hem"dən ayrılır
"Vest Hem"in futbolçusu Mateuş Fernandeş yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, PSJ 21 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Roshane Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Fernandeş cari mövsüm meydana çıxdığı 40 matçda 5 qol, 4 asistlə yadda qalıb.