Mauro İkardidən "Qalatasaray" azarkeşlərinə bəd xəbər

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi zədə üzündən "Trabzonspor"la matçda komandaya kömək edə bilməyəcək. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, argentinalı ulduzun ən yaxşı halda Super Liqanın 23-cü həftəsində "Qaziantepspor"la matçda meydana qayıda biləcəyi bildirilib. 

"Qalatasaray" klubunun həkimləri futbolçunun zədəsini ən qısa müddətdə sağaltması üçün muayinəyə başladıqlarını bildiriblər. 

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray" fornası ilə çıxdığı 27 oyunda 17 qol, 6 asistlə yadda qalıb.