MBA çempionu müəyyənləşdi

MBA-da pley-off seriyasının 6-cı oyunu çərçivəsində Boston "Seltiks"i "Qolden Steyt Uariors"u qəbul edib. 

Sportline.az xəbər verir ki, görüşdə 103:90 hesabı ilə qalib gələn qonaqlar 2021/2022-ci illər mövsümünü çempion olaraq başa vurublar. 

Komanda sonuncu dəfə 2017/2018-ci illər mövsümündə finalda "Klivlend Kavalers"i məğlub edərək turnirin qalibi olub.