MBA-da günün nəticələri

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar olub.

Sportline.az xəbər verir ki, Qərb Konfransının liderlər qrupunda qərarlaşan “Denver Naqqets” komandası “San Antonio Spörs”ü qəbul edib. Son oyunlarda uğursuz çıxışı ilə daha çox diqqət çəkən meydan sahibləri bu görüşdə ümidləri doğruldublar - 113:85. Denver təmsilçilərindən Nikola Cokiç  20 xal, 9 məhsuldar ötürmə və  11 ribaundla komandasının qələbəsində böyük pay sahibi olub.

Günün daha bir maraqlı qarşılaşması Mayamidə keçirilib. Yerli “Hit “ komandası “Boston Seltiks”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən qonaqlar qələbə ilə ayrılıblar: 102 – 112

Digər görüşlərin nəticəsi belədir:

Detroyt Pistons89:108 "İndiana Peysers

“Orlando Mecik” 114:100 “Nyu-York Niks”

“Vaşinqton Uizards" 114:115 "Çikaqo Bullz"

“Atlanta Hoks” 130:122 “Filadelfiya Seventi Siksers"

“Bruklin Nets" 105:115 "Toronto Reptors"

“Nyu-Orlean Pelikans" 109:115 "Şarlott Hornets

“Dallas Maveriks” 108:110 “Minnesota Timbervulvz”

“Finiks Sans” 97:118 “Yuta Cazz”

“Portlend Treyl Bleyzers” 116:89 “Memfis Qrizzlis”

"Los-Anceles Klippers” 103:135 “Hyuston Rokets"