MBA-da günün nəticələri

Amerika Milli Basketbol Assosiasiyasının 1/8 final mərhələsində daha 3 görüş keçirilib.

Sportline.az xəbər verir ki, “Toronto Reptors” komandası öz meydanında “Orlando Məcik"lə görüşüb.1/8 finalın ilk oyununda  məğlub olan yerli komanda bu dəfə azarkeşlərini sevindirib. İlk hissəni 26:18 hesabıyla öndə başa vuran Toronto basketbolçuları sonrakı  periodalarda da təşəbbüsü əldən  verməyiblər. Növbəti 3 hissədə  25:21 ,39:27 və 21:16 hesabıyla üstün olan Toronto klubu yekunda 111:82 hesabı ilə Orlando komandasını məğlub edib. Beləliklə , seriyada hesab bərabərləşib – 1:1.

Gecənin daha bir görüşü “Denver Naqqets” və “San Antonio Spörs” arasında olub. Gərgin mübarizə şəraitində keçən oyunun yekununda Denver təmsilçiləri 114:105 hesabı ilə qələbə qazanıblar. Bununla da yerli komanda ümumi hesabı bərabərləşdirib – 1:1.

Günün 3-cü görüşündə isə “Portlend Treyl Bleyzers” öz meydanında “Oklahoma Siti Tander”i 114:94 hesabıyla məğlub etməklə seriyada ikinci qələbəsini qazanıb.