MBA-da müntəzəm çempionat yekunlaşdı

Amerikanın Milli Basketbol Assosiasiyasında müntəzəm çempionat yekunlaşıb.

Sportline.az xəbər verir ki, Nyu-Yorka 115:89 hesabı ilə qalib gələn Detroyt pley-off mərhələsinə vəsiqəni təmin edən sonuncu komanda olub.

Müntəzəm çempionatın və Şərq konfransının qalibi Miluoki olub. Sonuncu çempion Qolden Steyt isə Qərb konfransında birinci yeri tutub.

Pley-off mərhələsi
I raund
Şərq konfransı

Miluoki – Detroyt

Toronto – Orlando

Filadelfiya – Bruklin

Boston – İndiana

 

Qərb konfransı

Qolden Steyt – Klipperz

Denver – San-Antonio

Portlend – Oklahoma Siti

Hyuston – Yuta

Qeyd edək ki, pley-off mərhələsi aprelin 13-də başlanacaq.