MBA: "Feniks Sans"dan əzmkar qələbə

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 7 qarşılaşma təşkil olunub.

Favoritlərdən "Milouki Baks"ın "Feniks Sans"la görüşü dramatik anlarla yadda qalıb. Son dəqiqələrədək üstün olan "Milouki Baks" qələbəni əldən verib. Bu, həm də gecənin sensasiyası olub.

"Los Anceles Klippers" isə həmşəhərlilərini - "Los Anceles Leykers" basketbolçularını məğlub edib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Bruklin Nets" - "Dallas Maveriks" - 127:88

"Mayami Hit" - "Atlanta Houks" - 114:113

"Sen Antonio Spörs" - "Denver Naqqets" - 104:103

"Feniks Sans" - "Milouki Baks" - 114:105

"Yuta Cazz" - "Nyu Orleans Pelikans" - 112:115

"Sakramento Kinqs" - "Nyu York Niks" - 115:108

"Los Anceles Leykers" - "Los Anceles Klippers" - 105:113