Mbaye Nianq Türkiyə nəhənginə keçə bilər

Seneqallı futbolçu Mbaye Nianq Türkiyə nəhəngi "Qalatasaray"a trasnfer oluna bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" Maruo İkardi və Sedrik Bakambunun yoxluğunda Halil Derviş oğluna güvənsələr də futbolçu istənilən perofrmansı verə bilməyib. 

"Qalatasaray" rəsmiləri bu səbəbdən "Adana Demirspor"un hücumçusu Mbaye Nianqı trasnfer etmək qərarına gəliblər. Komandalar arasında danışıqların başladığı, son qərarı isə Adana təmsilçisinin prezidenti Murat Sancak verəcək.

Qeyd edək ki, Mbaye Nianq bu mövsüm çıxdığı 20 matçda 8 qol, 2 asistlə yadda qalıb.