Meksikalı ulduz futbolçu “Vesthem Yunayted"ə keçə bilər

“Vesthem Yunayted” “Feynord”un hücumçusu Santiaqo Ximenezlə maraqlanır.

Sportline.az The Times nəşrinə istinadən xəbər verir ki, “Vesthem Yunayted” klubu bu transfer üçün “Feynord”a 30 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, 22 yaşlı futbolçu "Feynord" forması ilə  mövsüm çıxdığı 22 qarşılaşmada 20 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.