Mərt Hakan Yandaş "Fənərbağça"dan ayrıla bilər
Uzun müddətdir "Fənərbağça"nın əsas heyətində yer ala bilməyən futbolçu komandadan ayrılmaq qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli yarımmüdaiəçi üçün "Ankaragücü" klubunun təklif göndərdiyi bildirilib.
Mərt Hakan Yandaş komanda rəhbərliyinə əsas heyətdə yer ala biləcəyi komandaya transfer olmaq istədiyini bildirib. "Sarı-lacivərtlər" 29 yaşlı futbolçunun keçidinə icazə verəcəyini bildirib.
Qeyd edək ki, Mərt Hakan Yandaş bu mövsüm "Fənərbağça" forması ilə cəmi 13 oyunda medyana çıxıb və 3 asistlə yadda qalıb.