Dris Mertens gələcək planları barədə danışıb

Dris Mertens "Qalatasaray"dakı gələcəyi barədə açıqlama verib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 36 yaşlı hücumçu "PSV Eyndxoven"ə qayıtmasıyla bağlı çıxan xəbərləri yalanlayıb. 

Dris Mertens açıqlamasında :"Qalatasaray" evim kimidir. Əgər ayrılmağımı istəsələr bunu anlayışla qarşılayaram. Amma "PSV"yə qayıtmaq kimi niyyətim yoxdur",-deyib.

Qeyd edək ki, Dris Mertens bu mövsüm çıxdığı 28 oyunda 4 qol,4 asistlə yadda qalıb.