Messi "Barselona"dan ayrılır

Lionel Messi “Barselona” ilə vidalaşmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu sensasiyalı xəbəri “Cadena SER” yayıb.

2021-ci ildə müqaviləsinin vaxtı bitəcək argentinalı, komandanın son vaxtlar uğursuz çıxışlarından sonra bu qərar gəlib.

Kapitanın, klub ətrafında gəzən söz-söhbətlərdən və həlledici anlarda özünün ön plana çıxırılmasından yorulduğu bildirilir.