Messi daha bir yubileyin astanasında

"Barselona"nın ulduz futbolçusu Lionel Messi, Çempionlar Liqasının 5-ci turu çərçivəsində Dortmund "Borussiya"sı ilə görüşdə Kataloniya klubunda 700-cü oyununa çıxa bilər.

Sportline.az xəbər verir ki, argentinalı hücumçu "Barsa" tarixində 700-ə çatan ikinci oyunçu olacaq. "Barselona"nın heyətində yalnız Xavi Ernandes daha çox oyun keçirib - 767.

32 yaşlı Messi Kataloniya təmsilçisinin ən sərrast futbolçusudur. O, 699 oyunda 612 qol vurub və 248 məhsuldar ötürmə verib.