Messi "Mançester Siti"yə keçə bilər
“Barselona”dan gedəcəyini bəyan edən Lionel Messi “Mançester Siti”yə transfer oluna bilər.
Sportline.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə superulduzun özü də bu keçidin reallaşması üçün çalışır.
Təfərrüatlara gəlincə, “Şəhərlilər” qarşı tərəfə 100 milyon avro və 3 futbolçu – Qabriel Jezus, Bernardu Silva və Erik Qarsiyanı təklif etməyə hazırdır. “Barselona” rəhbərliyi isə Lionel Messi üçün əvvəlki kimi 700 milyon avro tələb etməsə də, bu keçiddən ən azı 223 milyon avro qazanaraq transfer rekordunun yenilənməsini arzulayır. Vaxtilə Neymar 222 milyon avroya “Barsa”dan “Pari Sen Jermen”ə keçərək yeni rekord müəyyənləşdirmişdi.