Messi özünü Ronaldu və İbrahimoviçdən fərqləndirdi

"Barselona"nın kapitanı Lionel Messi "Marca"ya açıqlama verib.

Sportline.az xəbər verir ki, 32 yaşlı ulduz futbolçu özünü tərifləməyi sevmədiyini deyib:

"Kriştianu Ronaldu və Zlatan İbrahimoviç kimi qazandığım uğurlardan bəhs etmirəm. İstəyirəm ki, insanlar haqqımda müzakirə aparsın. Bunu daha üstün hesab edirəm. Kim olduğumu, nə bacardığımı və edəcəyimi bilirəm, lakin hər şeyi demirəm. İnsanlar mənim barədə fikir bildirmək hüququna malikdir. Komandam barədə danışmağı xoşlayıram, amma özüm barədə yox".

Lionel Messi ötən ay ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatını qazanıb.