Messi və dostları iş başında

Lionel Messinin kapitanı olduğu “İnter Mayami” MLS-də növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda 27-ci turda "Los Anceles Qalaksi"ni 3:1 hesabı ilə məğlub edib.

"Barselona"nın sabiq üzvləri Jordi Alba, Lionel Messi və Luis Suaresin vurduğu qollar mayamililərə qələbə qazandırıb. 

"İnter Mayami" hazırda 45 xalla 5-ci pillədə qərarlaşıb.