Miçi Batşuai komandadan ayrılır

"Fənərbağça" kulubunun 30 yaşlı hücumçusu Miçi Batşuayi üçün Belçika kulublarının təklif göndərdiyi bildirilib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Royal Antverpen", "Anderlext" və "Kulub Brügge"nin futbolçuyla maraqlandığı deyilib. 

Miçi Batşuayi isə ilk olaraq İngiltərə kulublarından gələn təklifi dəyərləndircəyini bildirib. "Fənərbağça" belçikalı futbolçu üçün 3,5 milyon avro tələb edib. 

Qeyd edək ki, Batşuayi bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 18 oyunda 5 qol , 3 asistlə yadda qalıb.