"Milan" argentinalı mərkəz müdafiəçisi ilə maraqlanır
İtaliya A seryasında çıxış edən "Milan" argentinalı mərkəz müdafiəçisi Quido Rodriqezin transferində maraqldır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qırmızı-qaralar" Rade Kruniçin komandadan ayrılmasını nəzərə alaraq bu transferi gerçəkləştirmək istəyir."Real Betis" 29 yaşlı mərkəz müdafiəçisi üçün "Milan"dan 10 milyon avro tələb edib.
Qeyd edək ki, Quido Rodriqez bu mövsüm "Real Betis" forması ilə çıxdığı 19 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.