Milan ÇL-2027-nin finalına ev sahibliyi etməyəcək

UEFA 2027 Çempionlar Liqasının finalının Milan Bələdiyyəsi tərəfindən aparılan təmir işlərinin başa çatacağına dair zəmanət almadığı üçün "San Siro"da keçirilməyəcəyini açıqladı.

Sportline.az xəbər verir ki, bu barədə Tutto Mercato nəşri məlumat yayıb.

Final matçının keçirləcəyi məkan 2025-ci ildə açıqlanacaq.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı Münix şəhərində "Allianz Arena"da olacaq.