Milli Avropa çempionatına qələbə ilə başladı
Basketbol üzrə U-18 milli komandamız Avropa çempionatına qələbə ilə başlayıb.
Sportline.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatının "C" divizionunda B qrupunda U-18 komandası ilk görüşünə çıxıb.
Lüksemburq seçməsi ilə qarşılaşan Azərbaycan millisi gərgin mübarizə şəraitində keçən görüşdən 75:71 hesablı qələbə ilə ayrılıb.
Milli komandanın qrupdakı növbəti rəqibi Cəbəllüttariq komandası olacaq. Oyun sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.