Milli komanda Niderland və Belçikaya qarşı

Bu gün Avstriyanın Qrats şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun final mərhələsi start götürəcək.

Sportline.az xəbər verir ki, Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət Azərbaycan millisi D qrupunda Belçika və Niderland komandaları ilə qarşılaşacaq.

Hər iki görüş bu gün keçiriləcək. Milli ilk olaraq Bakı vaxtı ilə saat 18:45-də Belçika ilə üz-üzə gələcək. Niderland seçməsi ilə matç isə 21:30-da başlanacaq.

Qeyd edək ki, 12 kollektiv dörd qrupa bölünüb. Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcək. Avropa Kubokuna sentyabrın 11-də yekun vurulacaq.