Milli komandanın 22 yaşlı futbolçusu vəfat etdi

Ekvador millisinin 22 yaşlı futbolçusu Marko Anqulo dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, avtomobil qəzasından sonra 35 gün komada qalan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər çoxsaylı bədən xəsarətləri alan Anqulonun xilası üçün çox çalışsalar da, bütün səyləri nəticəsiz qalıb.

Qeyd edək ki, digər futbolçunun idarə etdiyi avtomobildə 5 nəfər olub.

Onlardan ikisi hadisə yerindəcə həlak olmuşdu.