AÇ: Millimiz Andorraya qarşı

Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.

Sportline.az xəbər verir ki,  A qrupunda yer alan yığma II turda Andorra ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv ilk turda ev sahiblərinə 71:73 hesabı ilə uduzub.

Kiçik ölkələrin Avropa çempionatı

A qrupu, II tur

18:15. Azərbaycan - Andorra

Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparırlar.